Paşinyanın partiyası öz adamlarını parlamentdə əsas vəzifələrə irəli sürürbackend

Paşinyanın partiyası öz adamlarını parlamentdə əsas vəzifələrə irəli sürür

Hakim “Vətəndaş müqaviləsi” fraksiyası deputat Armen Xaçatryanı Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası rəhbərinin müavini vəzifəsinə namizəd kimi irəli sürmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə şənbə günü “Qraparak” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, fraksiyanın iclasında iki namizəd – Xaçatryan və Vilen Qabrielyan müzakirə olunub. Səs verənlərin əksəriyyəti Xaçatryana üstünlük verib.

Erməni mətbuatı xatırladır ki, Robert Köçəryanın müxalif “Ermənistan” fraksiyası 14 dəfə deputat Artur Kazinyanın müdafiə və təhlükəsizlik komissiyasının sədr müavini vəzifəsinə namizədliyini irəli sürüb. Parlament çoxluğu onun namizədliyini dəfələrlə rədd edib.

Bundan sonra parlament müxalifəti artıq öz namizədini irəli sürməyəcəyini və komissiyanın iclaslarında iştirak etməyəcəyini açıqlayıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*