İraq hökuməti Bağdadda quraşdırılmış LED reklam lövhələrinin söndürülməsini əmr edib. Buna səbəb bazar günü hakerlər tərəfindən lövhələrin birində pornoqrafik filmin nümayiş etdirilməsi olub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, polis şübhəlini həbs edib.
“Biz elektrik kabelini kəsməzdən əvvəl haker bir neçə dəqiqə pornoqrafik filmi nümayiş etdirib”, – məlumatda deyilir.
Belə ki, sosial şəbəkələrdə Bağdadın mərkəzindəki Uqba bin Nafiya meydanında avtomobillərin hərəkəti zamanı pornoqrafik filmin nümayiş etdirildiyi video görüntülər yayılıb.
Qeyd olunub ki, lövhələrdə adətən məişət əşyaları və ya seçki ərəfəsində siyasi namizədlərin reklamları göstərilib.
İqbal Rzayev,
KONKRET.az
