Paytaxtda evdən pul oğurlayan şəxslər saxlanıldılarbackend

Paytaxtda evdən pul oğurlayan şəxslər saxlanıldılar

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a bildirilib ki, paytaxt sakinlərindən biri yaşadığı mənzildən 3000 manatının oğurlanması barədə polisə məlumat verib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Pənah İmanov və tanışı Şümşəd Mahmudov saxlanılıblar. Ş.Mahmudovun üzərindən əlavə olaraq narkotik vasitə marixuana da aşkarlanıb.

Araşdırmalar davam etdirilir. P.İmanov və Ş.Mahmudovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*