Paytaxtın 9 küçəsində tıxac varbackend

Paytaxtın 9 küçəsində tıxac var

Bakıda səhər saatlarından etibarən bir sıra əsas magistral və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

KONKRET.az xəbər verir ki, nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac müşahidə edilir:

Bakı-Sumqayıt şosesində, “20 Yanvar” metrostansiyası istiqamətində;

Alı Mustafayev küçəsində, Ziya Bünyadov prospekti istiqamətində;

Tbilisi prospektində, “20 Yanvar” metrostansiyasından şəhər mərkəzi istiqamətində;

Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

Sabunçu-Zabrat şosesində, “Koroğlu” metrostansiyası istiqamətində;

Qara Qarayev prospektində, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;

Mikayıl Əliyev küçəsində, Neft Emalı Zavodunun yaxınlığından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyədək);

1-ci Gölkənarı yolda, Ziya Bünyadov prospekti istiqamətində;

8 Noyabr prospektində, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində.

Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*