Pekin Çinin xarici işlər nazirinin yoxa çıxması ilə bağlı vəziyyəti ŞƏRH ETDİbackend

Pekin Çinin xarici işlər nazirinin yoxa çıxması ilə bağlı vəziyyəti ŞƏRH ETDİ

Çinin xarici işlər naziri Tsin Qan bir aya yaxındır ictimaiyyət qarşısına çıxmır. Bu da mediada müzakirələrə səbəb olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, XİNin sözçüsü Mao Nin Pekində keçirdiyi brifinqdə nazir Tsin Qanın uzun müddət ictimaiyyət qarşısına çıxmamasına münasibət bildirib.

“Bununla bağlı verəcəyim məlumat yoxdur”, – deyə diplomat nazirin yeri barədə məlumatının olub-olmaması sualını cavablandırıb.

Daha əvvəl “Bloomberg” mənbələrə istinadən xəbər verib ki, Britaniya XİN başçısı Ceyms Kleverli çinli həmkarının “yoxa çıxması”na görə Pekinə səfərini təxirə salıb.

Qeyd edək ki, Tsin Qan 1-15 iyul tarixlərində Cakartada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin illik toplantısında iştirak etməyib. Onun əvəzinə İndoneziyaya ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Vanq Yi gedib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*