Penitensiar xidmət polislə birgə əməliyyat keçirdi – 19 kq narkotik AŞKAR OLUNDUbackend

Penitensiar xidmət polislə birgə əməliyyat keçirdi - 19 kq narkotik AŞKAR OLUNDU

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Qaradağ rayon Polis idarəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Pentensiar Xidmətdən KONKRET.az-a verilən xəbərə görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu parkı yaşayış kompleksində yolun kənarında köhnə dəmir su çəninin içərisində gizlədilmiş kisədə ümumi çəkisi 19 kiloqram 100 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*