Pentaqon ABŞ-ın şimalında Çinin kəşfiyyat şarını AŞKAR ETDİbackend

Pentaqon ABŞ-ın şimalında Çinin kəşfiyyat şarını AŞKAR ETDİ

ABŞ hökuməti bir neçə gündür ölkənin şimal hissəsində Çinin kəşfiyyat hava şarını izləyir.

KONKRET.az NBC-yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Qeyd olunub ki, şar yanvarın 31-də Montana ştatının Billinqs şəhəri üzərində görünüb, Aleut adaları və Kanada üzərində də uçub.

Pentaqonun adı açıqlanmayan yüksək rütbəli rəsmisi bildirib ki, hava şarı hələ də ABŞ-ın üzərindədir.

Həmin gün ABŞ-ın müdafiə naziri Lloyd Ostin mümkün cavab variantlarını müzakirə etmək üçün hərbi rəsmilərlə görüş keçirib.

Qeyd edək ki, Çin və ABŞ arasında münasibətlər Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfərindən sonra kəskinləşib.

Yanvar ayında isə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minixan 2025-ci ildə Çinlə birbaşa toqquşma olacağını proqnozlaşdırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*