Pentaqon Kiyev qarşısında şərt qoydu: “F-16″ları almaq üçün bu tələblər yerinə yetirilməlidirbackend

Pentaqon Kiyev qarşısında şərt qoydu: "F-16"ları almaq üçün bu tələblər yerinə yetirilməlidir

ABŞ hökuməti Konqreslə məsləhətləşmələrdən və ukraynalı pilotlar üçün təlimlər başa çatdıqdan sonra Kiyevə döyüş təyyarələrinin verilməsinə razılıq verəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

Onun sözlərinə görə, Ukrayna bir sıra şərtləri yerinə yetirməli olacaq. Bunun üçün pilotlar ingilis dilini bilməli, Ukrayna hökuməti isə yerdə lazımi logistikanı təmin etməlidir.

Pentaqon rəsmisi bildirib ki, bu tələblər yerinə yetirildikdən sonra transfer təsdiqlənəcək.

Qeyd olunub ki, pilotlara ingilis dilində təlim keçmək üçün müəyyən vaxt lazımdır.

Xatırladaq ki, Danimarka və Niderland ukraynalı pilotların hazırlanması proqramına rəhbərlik edir. Danimarka tərəfi bu məsələdə ABŞ-dan kömək istəyib. ABŞ ilin sonuna qədər Ukraynaya qırıcıların çatdırılmasını planlaşdırır, təyyarələrin dəqiq sayı məlum deyil.

İqbal Rzayev,

KONKRET.az

  • Bayram
    Avqust 22, 2023 - 12:04

    Ol canin cixsin ukraniya ve zelinski gorusen nece firladillar sizi kul badiniza guya bu silahlari vaxtinda vere bilmezdiler meqsed ukraniya deyil meqsed rusu zeifledmekdi bu qeder basid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*