Pereyra istefa verdibackend

Pereyra istefa verdi

Braziliyanın “Flamenqo” klubu baş məşqçisi Vitor Pereyranı vəzifəsindən kənarlaşdırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub.

Pereyra bu ilin yanvarında “Flamenqo”nun baş məşqçisi təyin olunmuşdu. Braziliya klubu Pereyranın rəhbərliyi ilə 20 oyundan 10 qələbə qazanıb, 2 heç-heçə edib, 8 dəfə məğlub olub.

Qeyd edək ki, Vitor Pereyra daha əvvəl “Korintians”, “Fənərbaxça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo”nu da çalışdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*