Perm vilayətinin sosial media kanallarında bölgəyə pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı məlumatlar və görüntülər paylaşılıb. “ASTRA” nəşrinin OSINT analitikləri tərəfindən geolokasiyası müəyyən edilən kadrlarda boş sahədə yüksələn qatı tüstü sütunu aydın görünür.
KONKRET.az xəbər verir ki, hadisə Kosmonavtlar şossesi rayonunda, federal əhəmiyyətli Perm Beynəlxalq Hava Limanının (Bolşoe Savino) yaxınlığında qeydə alınıb. Görüntülər şahidlər tərəfindən anbaan lentə alınıb.
Qeyd edək ki, hadisədən bir qədər əvvəl regionda rəsmi olaraq pilotsuz uçuş aparatı təhlükəsi elan edilmişdi. Hazırda hadisənin dəqiq səbəbləri və dəymiş ziyan barədə rəsmi qurumların açıqlaması gözlənilir.
Natiq Səlim,
KONKRET.az
