Peşə ixtisasları üzrə də teledərslər keçiriləcəkbackend

Peşə ixtisasları üzrə də teledərslər keçiriləcək

Martın 30-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərə start veriləcək. Teledərslər saat 16:15-dən etibarən yayımlanacaq.

Təhsil Nazirliyindən KONKRET.az-a bildirilib ki, elektrotexnika, tikinti, sənaye, mexanika, elektronika, avtomobil, İKT və avtomatika ixtisasları üzrə teledərslər artıq hazırlanıb. Təhsil Nazirliyinin videodərslər portalında (https://video.edu.az/) sadalanan ixtisaslar üzrə 20 teledərs yerləşdirilib. Peşə ixtisasları üzrə teledərslərin çəkilişi davam etdirilir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*