Peskov Rusiya sülhməramlılarının Qarabağda mandatının uzadılması ehtimalını ŞƏRH ETDİbackend

Peskov Rusiya sülhməramlılarının Qarabağda mandatının uzadılması ehtimalını ŞƏRH ETDİ

Peskov Rusiya sülhməramlılarının Qarabağda mandatının uzadılması ehtimalını şərh edib.

KONKRET.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya-Ermənistan-Azərbaycan sammitində Rusiya sülhməramlılarının mandatının Soçidə uzadılmasına dair sənədin imzalanmasının mümkünlüyü barədə suala Kreml görüşün özünü gözləməyi təklif edib.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının mandatını 10-20 il uzatmağa hazır olduğunu bəyan edərək, şərtləri Rusiyanın müəyyən etməli olduğunu qeyd edib.

“Görüşün özünü gözləmək lazımdır”, – deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, bazar ertəsi Soçidə Rusiya-Azərbaycan-Ermənistan sammiti keçiriləcək. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə ayrı-ayrılıqda ikitərəfli görüşləri də planlaşdırılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*