Peyvəndi və müalicəsi olmayan virusa yoluxdubackend

Peyvəndi və müalicəsi olmayan virusa yoluxdu

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York ştatında nadir və müalicə olunmayan burbon virusuna yoluxma halı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

Bildirilib ki, Lonq Aylenddə yaşayan 67 yaşlı Maykl Larkin gənə sancmaları vasitəsilə yayılan burbon virusuna yoluxduğu müəyyən olunub. Lakin onun xəstəliyə qalib gəldiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, burbon virusu ilk dəfə 2014-cü ildə ABŞ-nin Kanzas ştatında aşkarlanıb. Həmin vaxtdan indiyədək virusa 6 yoluxma halı təsdiqlənib, onlardan 2-si ölümlə nəticələnib. Bu virus üçün peyvənd və ya spesifik müalicə üsulu yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*