Kütləvi vaksinasiya dünya iqtisadiyyatının ən pis böhrandan çıxmasına kömək edəcək. Nəticədə 2021-ci ilin sonunda qlobal ÜDM 4% böyüyəcək.
KONKRET.az xəbər verir ki, bu proqnoz Dünya Bankının mütəxəssisləri tərəfindən verilib.
Bununla yanaşı, mütəxəssislər, ölkələrin səlahiyyətliləri pandemiyanı qətiyyətlə cilovlamadığı təqdirdə, sağalmanın yavaş olacağını söyləyirlər.
“Halbuki, 2020-ci ildə qlobal iqtisadiyyat 4.3% -ə qədər kiçilmişdi. Yaxın gələcək üçün prioritet COVİD-19-un yayılmasının qarşısını almaq və peyvəndlərin operativ və geniş miqyasda tətbiq edilməsini təmin etməkdir. İqtisadi dirçəlişə dəstək olmaq üçün hökümətlər, dövlətlərin borclanmasından qaçmalı, iqtisadi böyümənin təmin edilməsinə yönəldilmiş investisiya fəaliyyətinə şərait yaratmalıdırlar”-deyə məlumatda bildirilir.
KONKRET.az.
