backend

Pirallahıda ağır qəza: Yaralı var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Pirallahı rayonunda “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*