Pişiyin qovulmasına etiraz edən sakinlər petisiya toplayırlarbackend

Pişiyin qovulmasına etiraz edən sakinlər petisiya toplayırlar

Rusiyada mağazadan qovulan pişiyin müdafiəsi üçün petisiya toplanır. Hadisə Kalininqrad vilayətinin Zelenoqradsk şəhərində baş verib. Məsələ burasındadır ki, bir neçə ay əvvəl soyuqdan qorunmaq üçün mağazalardan birinə pənah gətirən pişik şaxtalı havalarda bayıra atılıb. Az vaxt ərzində alıcıların sevimlisinə çevrilən pişik mağazadan bayıra atıldıqdan sonra sığınacağa yerləşdirilib. Amma vəfalı heyvan hər gün qovulduğu mağazanın qarşısına gələrək “evinə” daxil olmağa çalışsa da içəri buraxılmır.

İndi yerli sakinlər pişiyin öz “evinə” qayıtması üçün imza toplamağa başlayıblar.Təxminən 500 nəfərdən çox adam petisiyaya imza atıb. Mağazaya gələn adamların əksəriyyəti isə sadəcə baş verənləri haqsızlıq adlandırıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*