2020-ci ilin sonunda dünyanın ən zəngin insanlarının sevimli şəhərləri Zürih, Kopenhagen və Tokyo olub.
KONKRET.az xəbər verir ki, “Daily Mail” bu barədə “BARNES International”ın araşdırmasına istinadən məlumat yayıb.
Bundan başqa Tokyo, Mayami, Stokholm, London, Paris, Cenevrə, Amsterdam və Sidneyin də adları siyahıya salınıb.
2019-cu ildə reytinqin liderləri Paris və Nyu-York idi, lakin sonradan onlar koronavirus pandemiyası, həmçinin aksiyalar, o cümlədən “sarı jiletlilər”in etirazları səbəbindən mövqelərini itirdilər.
İlk iyirmiyə Nyu-York, Vyana (Fransa), Seul (reytinqdə yenidir), Los-Angeles, Toronto, Madrid, Monreal, Oslo və Monako da daxil edilib.
