Avstraliyada polis 17 yaşlı gənci döyüb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, avstraliya polisi qara dərili gənci əllərini bağlamaq üçün təpikləyərək yerə yatırıb.
Saxlanılan qara dərili gənc sonradan sərbəst buraxılıb.
Onu döyən polis isə məhdud səlahiyyətli işə cəlb olunub.
Xatırladaq ki, bənzər hadisə bir neçə gün əvvəl ABŞ-da yaşanıb.
ABŞ polisi qara dərili Corc Floydun ölümünə səbəb olub və məsələ ilə bağlı ölkədə etirazlar səngimir.
