Polis 316 milyon dollar dəyərində kokaini MÜSADİRƏ ETDİbackend

Polis 316 milyon dollar dəyərində kokaini MÜSADİRƏ ETDİ

Yeni Zelandiya polisi 3,2 ton ağırlığında və təxminən 316 milyon dollar dəyərində kokaini ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Bildirilib ki, narkotiklər Sakit okeanda tapılıb.

Polisin məlumatına görə, Hydros adlı xüsusi əməliyyat 2022-ci ilin dekabrında başlayıb. Nəticədə Yeni Zelandiyadan yüzlərlə kilometr şimal-qərbdə 81 bağlama kokain ələ keçirilib.

Polisin təqdim etdiyi fotoda yüklərin torla bağlandığı görünür.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*