Polisdən RƏZALƏT: Hər iki ayağı olmayan adam qarda 2 km yolu əlləri ilə sürünərək GETDİ – VİDEObackend

Polisdən RƏZALƏT: Hər iki ayağı olmayan adam qarda 2 km yolu əlləri ilə sürünərək GETDİ - VİDEO

Rusiyada hər iki ayağı olmayan adam qarlı havada polis şöbəsindən bayıra atılıb və o, 2 km yolu sürünərək gedib.

KONKRET.az xəbər verir ki, Rusiyanın Perm şəhərində fevralın 17-də yoldan keçən bir şəxs küçədə ayaqları olmayan və qarda sürünən adam görüb. O, həmin şəxsi videoya çəkib və internetdə yayımlayıb.

Ayaqları olmayan evsiz bir şəxsin polis şöbəsindən iki kilometrlik yolu qarda sürünərək getməsi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub və hiddət doğurub.

Kirov rayonunda şöbəyə gətirilən şəxsi polis yaşayış yerinə aparmayıb. Onlar “çox məşğul” olduqlarını deyiblər.

Əlil şəxs saxlanılaraq şöbəyə gətirilib, lakin sonradan sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyi bildirib ki, evsiz və əlil adamı sığınacağa yerləşdirməyə çalışıblar. Ancaq heç bir boş yer olmayıb və həkimlər onu xəstəxanaya aparmaqdan imtina edib.

Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bu faktla bağlı araşdırma aparmağı tapşırıb.

Həmin görüntüləri təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*