Yaponiyanın Abiqo şəhərindən olan Yuki Şimizu qonşularına qarşı saxta şikayətlərlə bir il ərzində bir neçə min dəfə polisə zəng edib.
KONKRET.az xəbər verir ki, kişi aşağıdakı qonşularının səs-küy salaraq ictimai asayişi pozduğunu iddia edib.
Məlum olub ki, 46 yaşlı kişi il ərzində polisə 4250 dəfə yalandan zəng edib.
Polis əməkdaşları çağırış üzrə gələndə heç bir səs-küy aşkar edilməyib. Qeyd olunur ki, təkcə fevralın 14-də yapon kişi axşam saat 5-dən 9-a kimi qonşularından 14 dəfə şikayət edib.
Bu dəfə Şimizunun şikayət etdiyi mənzildə növbətçi polis əməkdaşları olub, lakin onlar heç bir səs-küy qeydə almayıblar.
Yalançı zənglər edərək hüquq-mühafizə orqanlarının işini pozmağa cəhd edən yaponiyalı həbs edilib.