Polisə düşən Nigar Fərhad kimdir…backend

Polisə düşən Nigar Fərhad kimdir…

“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb. Mediada gedən məlumatlara görə, Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub. O, artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək.  Qeyd edək ki, bir müddət əvvəl eyni məsələyə görə, onun həyat yoldaşı da həbs edilib.

Bəs Nigar Fərhad kimdir?

KONKRET.az modern.az-a istinadən aparıcının dosyesini təqdim edir:

Nigar Fərhad qızı Əliyeva 30 iyul 1989-cu ildə Kürdəmir rayonunda anadan olub. Əslən Kürdəmir rayonundandır. Nigar Fərhadın özünün təqdim etdiyi bioqrafik məlumatlara görə, atası Fərhad Əliyevin Rusiyaya köçmək qərarından sonra ailə Surqut şəhərinə yerləşib və o, orta təhsilini burada başa vurub. Daha sonra Bakıya qayıdan Nigar Fərhad Bakı Kompüter Kollecinin “Proqramçı” fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra ABŞ-a dil kursuna gedən Nigar Fərhad kursu başa çatdırarkən ASA Universitetinin Kriminologiya fakültəsinə müraciət edib. Qəbul olunduğunu öyrəndikdən sonra yenidən ABŞ-yə qayıdaraq təhsilini davam etdirib. Onun təqdim etdiyi məlumatlarda bildirilir ki, yüksək akademik göstəricilər əldə edən Nigar Fərhad 4 ballıq sistem üzrə 4.0 orta nəticə göstərib və bundan sonra ABŞ-də fəaliyyət göstərən John Jay College of Criminal Justice universitetinə qəbul olunub. Universitetdə təhsilini başa vurduqdan sonra Harvard Universitetində satış, marketinq və “Salesforce” istiqamətləri üzrə sertifikat proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Daha sonra Moskva Dövlət Universitetinin Psixologiya fakültəsində də təhsil alıb. Nigar Fərhadın bioqrafik məlumatlarında onun beynəlxalq biznes mühitində də fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, o, müxtəlif beynəlxalq tədbirlərdə və biznes layihələrində iştirak edib, tanınmış şirkət rəhbərləri ilə birgə biznes və investisiya layihələrinin hazırlanmasında iştirak edib.

Nigar Fərhad aparıcı kimi Kanal-S-də çalışıb. Burada o sosial yönümlü “Sözün bitdiyi an” verilişini aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*