Bayden administrasiyası Tayvana 1,1 milyard dollarlıq silah satışı üçün ABŞ Konqresindən rəsmi icazə almağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, silah paketi hələ ilkin mərhələdədir.
Qəzetin məlumatına görə, təchizat paketinə 355 milyon dollarlıq 60 ədəd “AGM-84L Harpoon Block II” raketi, 85,6 milyon dollarlıq 100 ədəd “AIM-9X Block II Sidewinder” taktiki hava-hava raketi və 655 milyon dollarlıq kəşfiyyat radarları daxildir.
Qeyd edək ki, iyulun 16-da ABŞ Dövlət Departamenti Tayvana ümumilikdə 108 milyon dollar dəyərində hərbi texnikanın təmiri üçün avadanlıq və ehtiyat hissələrinin satışını təsdiqləyib.
Digər tərəfdən Çin ABŞ-dan Tayvana hərbi yardımı dayandırmağı tələb edib.

İqbal Rzayev,
KONKRET.az
