#PrayForGanja həştəqi üzrə paylaşımlar 1 milyonu ötdübackend

#PrayForGanja həştəqi üzrə paylaşımlar 1 milyonu ötdü

Erməni silahlı qüvvələrinin Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniya dünya trendinə düşüb.

KONKRET.az xəbər verir ki, #PrayForGanja həştəqi çərçivəsində paylaşımlar bir milyonu keçib.

Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Bu hadisədən sonra dünyanın bu hadisəyə lazımı reksiya verməsi üçün azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə #PrayForGanja həştəq kampaniya başladılıb.

“Twitter” mikrobloqunda Azərbaycan vətəndaşlarının başlatdığı #PrayForGanja həştəqi üzrə paylaşımlar trend olub və müzakirə olunan mövzular arasında ilk sıralarda yer alıb. Bu həştəq üzrə dünyada 1 milyon 240 min tvit atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*