Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.
KONKRET.az xəbər verir ki, turun ikinci günündə “Kəpəz” “Qəbələ”ni, “Sumqayıt” isə “Şamaxı”nı qəbul edəcək.
Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Qəbələ” görüşü saat 17:30-da, “SOCAR Polymer Arena”da baş tutacaq “Sumqayıt” – “Şamaxı” qarşılaşması isə 19:45-də başlayacaq.
Misli Premyer Liqası
12 sentyabr
V tur
Saat 17:30, “Kəpəz” – “Qəbələ”;
Saat 19:45, “Sumqayıt” – “Şamaxı”.
Xatırladaq ki, dünən turun açılış oyununda “İmişli” doğma meydanda “Neftçi”yə məğlub olub – 2:3.
