Premyer Liqaya vəsiqəni təmin edən komanda bilindibackend

Premyer Liqaya vəsiqəni təmin edən komanda bilindi

Azərbaycan birinci divizionunda 24-cü tura start verilib.

KONKRET.az xəbər verir ki, bugünkü görüşlərdən sonra  Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib.

Bu, hazırda turnir cədvəlində birinci olan “Araz Naxçıvan”dır. Səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olan MOİK-in liderə çatmaq şansı qalmayıb.  Aktivində 54 xal olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri –  “Neftçi-2” və “Qəbələ-2″ni çıxmaq şərtilə ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır.

Bu o deməkdir ki, lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*