Prezident: “Heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir”backend

Prezident: "Heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir"

“İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir”.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”.

  • Qazi
    Mart 19, 2025 - 08:56

    Bizim ölkəmizi sizin kimi Ali Cənab dünya görüşlü bir şəxsiyyət idarə edir. Ona görədə bizdə elə bir şey heç vaxt ola bilməz. Allah sizi qorusun Cənab Prezident İlham Əliyev. Sizinlə fəxr edirik. Azərbaycan respublikası həqiqətən də dünyanın ən təhlükəsiz ölkəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*