Prezident qardaşı oğlunun həbsindən DANIŞDIbackend

Prezident qardaşı oğlunun həbsindən DANIŞDI

“İndi zəmanə başqadır. Hamıya eyni münasibət var. Əgər korrupsiya ilə məşğulsansa, kimliyindən asılı olmayaraq, səni həbs edəcəklər. Dəymiş ziyana görə dövlətə iki dəfə ödəyəcəksən, ondan sonra gedəcəksən. Əgər ödəməsən, həbsdə oturmağa davam edəcəksən”.

KONKRET.az xəbər verir ki, Qırğızıstanın rəhbəri Sadır Japarov qardaşı oğlunun həbsini Qırğızıstanın “Kabar” xəbər agentliyinə şərh edib. Qeyd edək ki, Ulan Japarov korrupsiyada şübhəli bilinir. Onun haqqında həbs qəti-imkan tədbiri seçilib.

“Sadəcə mənim qardaşım oğlu olduğuna görə saxlanmasaydı, o zaman başqa qohumlarım da belə məsələlərdən dərs götürməzdilər. Qırğızların bir atalar sözü var: “Bir cəza, min dərs”, – deyə Qırğızıstan prezidenti vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*