Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Əbu-Dabi hökmdarının nümayəndəsi vəzifəsində çalışmış kiçik qardaşı Səid bin Zayed Əl Nəhyan səhhətində yaranan problemlərdən dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə “WAM” agentliyi məlumat yayıb.
“BƏƏ Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan mərhum qardaşı Əlahəzrət Şeyx Səid bin Zayed Əl Nəhyan üçün yas tutur”, – deyə agentlik bildirib.
Qeyd olunub ki, Səid bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.
İqbal Rzayev,
KONKRET.az
