Komor adalarında prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra iğtişaşlar başlayıb.
KONKRET.az xəbər verir ki, nümayişçilər paytaxt Moronidə mərkəzi polis qərargahını dağıdıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları polis bölməsindən qaçıblar. Onlardan 3-ü ağır yaralanıb.
Şəhərdə məktəblər və mağazalar da bağlanıb. Etiraz aksiyaları paytaxtın yerləşdiyi Qrande Komor adasını bütünlüklə əhatə edib.
Qeyd edək ki, Azali Assoumani Hind okeanındakı ada əyaləti üçün keçirilən prezident seçkilərində qalib gəlib. Buna cavab olaraq digər 5 namizəd nəticəni etibarsız sayaraq, ləğv edilməsini tələb edib.



Burhan,
KONKRET.az
