Prezidentdən SOCAR-la bağlı FƏRMANbackend

Prezidentdən SOCAR-la bağlı FƏRMAN

Prezident İlham Əliyev “Dövlət Neft Şirkətinin (SOCAR) strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanına dəyişiklik edib.

KONKRET.az xəbər verir ki, dövlət başçısının bununla bağlı yeni fərmana əsasən, SOCAR-ın İdarə Heyətinin üzvlərinin sayı 14-dən 12-yə endirilib.

İH-nə Şirkətin prezidenti, I vitse-prezidenti, eləcə də geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə 10 vitse-prezident daxildir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*