Prezidentin ANKARA MESAJLARI: “İlham Əliyev dünyanı necə “mat etdi”? – ÖZƏLbackend

Prezidentin ANKARA MESAJLARI: "İlham Əliyev dünyanı necə "mat etdi"? - ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi çox mühüm hadisə kimi tarixə düşdü. Görüş Türkiyədə yaşanan dəhşətli zəlzələ ilə bağlı olsa da, Türk dövlətləri arasında əməkdaşlığın inkişafı haqda da mühüm məsələlər müzakirə olundu. Ölkə başçısının Fövqəladə Zirvə görüşündəki çıxışı isə xüsusilə diqqət çəkdi.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının fövqəladə toplantısı Azərbaycanın təklif və təşəbbüsü ilə baş tutub: “Belə ki, Səmərqənddə baş tutan zirvə görüşündə növbəti toplantının Şuşa şəhərində keçiriləcəyi qərara alınmışdı. Amma Türkiyədəki zəlzələ və bunun fəlakətli nəticələri ilə bağlı rəsmi Bakı təşəbbüs irəli sürərək belə bir görüşün qardaş ölkədə keçirilməsini təklif etdi. Bu, Türkiyə ilə birgə onun qarşılaşdığı problemlərin həllinə yardım etmək, eyni zamanda qardaş ölkə ilə həmrəylik münasibətlərini göstərmək baxımından olduqca əhəmiyyətlidir. Təbii ki, zirvə toplantısının əsas müzakirə mövzusu humanitar fəlakətərin aradan qaldırılması olsa da, qəbul edilən Ankara Bəyannaməsində kifayət qədər ciddi məsələlərin masaya qoyulduğunu görə bilərik. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti də bu toplantıda olduqca önəmli mesajlar verdi. 44 günlük savaş zamanı Azərbaycanın öz torpaqlarının böyük bir qismini işğaldan azad etdiyini bildirdi. Eyni zamanda ərazilərimizdə hələ də Ermənistan hərbi birləşmələrinin qaldığını, düşmənin 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirmədiyini vurğuladı.

Oqtay Qasımov: “Türkiyə çox çətin problemlə üzləşib” » Reyting.az

Politoloqun sözlərinə görə, digər məsələ Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlıdır: “Bu məsələyə toxunan Prezident bildirdi ki, hazırda Qərbi Azərbaycan İcması formalaşıb və 1920-ci ildə xalqımızın razılığı olmadan Sovet imperiyası Qərbi Zəngəzuru Ermənistana verməklə Türk dünyasının bölünməsinə səbəb olub. Ona görə də, həmin ərazidə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermınistan öz üzərinə öhdəliklər götürsə də, onları yerinə yetirmir və bu problem açıq qalır. Bundan başqa İlham Əliyev Türk Dövlətləri Təşkilatının və burada yaşayan insanların yalnız həmin ölkələrin ərazisi ilə məhdudlaşmadığını bəyan etdi. Bildirdi ki, bu təşkilatı birləşdirən dövlətlərin ərazisindən kənarda da milyonlarla soydaşlarımız yaşayır. Prezidentin səsləndirdiyi fikirlər çox ciddi mesajlardır. Mesajların son nəticəsi olaraq qəbul edilən Ankara Bəyannaməsində Orta dəhlizin (Zəngəzur dəhlizi də aiddir) açılması ilə bağlı fikir mübadiləsi aparıldı və yekdil rəy nümayiş etdirildi”.

Oqtay Qasımov zirvə toplantısında müzakirəyə çıxarılan önəmli məsələlərdən birinin Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu olduğunu diqqətə çatdırıb: “Bu terror hərəkəti pislənildi. Hadisənin şəffaf araşdırılması və cinayətkarların cəzalandırılması tələb edildi. Zirvə toplantısında türkdilli dövlətlərin mülki müdafiə qurumlarının əlaqələrinin möhkəmləndirilməsi məsələsi də qərara alındı. Hesab edirəm ki, zirvə toplantısının keçirilməsi və üzv dövlətlərin həmrəylik nümayiş etdirməsi təşkilatın daha çox beynəlxalq nüfuz qazandığını və işlək bir quruma çevrildiyini sübuta yetirir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*