Mütəxəssislər Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində ölən on nəfərin şəxsiyyətini müəyyən etmək üçün DNT ekspertizası aparırlar.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“İlkin istintaq hərəkətləri zamanı qəza yerində 10 nəfərin meyiti aşkar edilib. Onların şəxsiyyətinin müəyyən edilməsi üçün molekulyar-genetik müayinələr aparılır”, – deyə mətbuat xidmətindən bildirilib.
Burhan,
KONKRET.az
