Puqaçova və Qalkinə oxşar şəxslər İsrail hava limanında görüntüləndi – FOTObackend

Puqaçova və Qalkinə oxşar şəxslər İsrail hava limanında görüntüləndi - FOTO

İsrail hava limanında rusiyalı ifaçı Alla Puqaçova və həyat yoldaşı, aparıcı -şoumen Maksim Qalkinə oxşar şəxslər diqqət çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə “Paragraph” Telegram kanalı məlumat yayıb.

İnternetdə komediyaçıya bənzəyən kişi, eləcə də arxadan çəkilmiş saç düzümü Puqaçovaya bənzəyən qadını əks etdirən kadr yayımlanıb.

Bundan bir qədər əvvəl isə Qalkin ölkəni tərk etmək fikrində olmadığını bildirib.

“Bu gün, İsrail üçün çətin, kədərli günlərdə biz buradayıq və burdan ayrılmaq barədə belə düşünməmişik”, – deyə Qalkin bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*