Putin kilsədə Trampa dua edib, hədiyyə göndərib – İlginc hekayəbackend

Putin kilsədə Trampa dua edib, hədiyyə göndərib - İlginc hekayə

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa hədiyyə göndərib.

KONKRET.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff martın 13-də prezident Vladimir Putinlə görüşü ilə bağlı təfərrüatlardan danışarkən deyib.

“Putin məşhur rus rəssamına Trampın gözəl portretini sifariş edib. Məndən bunu prezidentə çatdırmağımı xahiş etdi. Artıq bu tapşırıq yerinə yetirilib”, – deyə Uitkoff bildirib.

Rusiya lideri həmçinin xüsusi nümayəndəyə Trampa sui-qəsd cəhdindən sonra necə narahat olduğunu izah edib:

“O, mənə bir hekayə danışdı. Sui-qəsd məsələsindən sonra Putin yerli kilsəyə gedib və Tramp ABŞ prezidenti olacağı üçün deyil, onunla dostluq etdiyinə görə, dua edib”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*