“Qərbin məqsədi Ukrayna adlı tarixi ərazini Rusiyadan qoparmaqdır”.
KONKRET.az xəbər verir ki, bunu çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
O bildirib ki, Qərbin hazırda Ukraynada həyata keçirilən anti-Rusiya layihəsi Ukrayna adlanan tarixi əraziləri Rusiyadan qoparmaq məqsədi daşıyır.
Qərbin hazırda Ukraynada həyata keçirdiyi bu layihəsi yeni deyil. O, Avstriya-Macarıstan İmperiyasında Polşa və digər ölkələr tərəfindən hazılrlanıb.
Bir məqsədlə: bu gün Ukrayna adlanan bu tarixi əraziləri ölkəmizdən qoparmaq. Məqsəd budur, yeni heç nə yoxdur, hər şey təkrar olunur”, – deyə Putin vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
