Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə getməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Afrika prezidenti Siril Ramafosanın administrasiyası məlumat yayıb.
“Qarşılıqlı razılaşmaya əsasən, Prezidenti Vladimir Putin sammitdə iştirak etməyəcək, Rusiyanı xarici işlər naziri cənab Sergey Lavrov təmsil edəcək”, – məlumatda deyilir.
BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda keçiriləcək. Sammitdə Braziliya, Hindistan, Çin və Cənubi Afrika liderləri iştirak edəcək.
Burhan,
KONKRET.az
