Putin sabah Qızıl Meydanda görünəcəkmi? – Onun paradda iştirakı sual altındadırbackend

Putin sabah Qızıl Meydanda görünəcəkmi? - Onun paradda iştirakı sual altındadır

Vladimir Putinin ağır xəstəlikdən əziyyət çəkməsi onun 9 May paradında iştirakını sual altına alır.

KONKRET.az “The Daily Ekspress”ə istinadla xəbər verir ki, 2 ay yarım əvvəl qoşunlara Ukraynaya təcavüz etmək əmri verəndən bu qərarın Rusiya prezidentinin səhhətindən yaranması iddiası var.

Son televiziya çıxışları zamanı Putinin üzü və boynunun ətrafı nəzərəçarpacaq dərəcədə şişmiş görünüb. Bəzi mütəxəssislər bunu Putinin steroidlərlə müalicə olunması ilə əlaqələndirib.

Bundan əvvəl, 2020-ci ilin noyabrında dövlət televiziyasında çıxış edərkən aramsız öskürəyinə görə Kreml Putinin əks olunduğu videonu montaj etmək məcburiyyətində qalıb.

ABŞ ekspertlərindən biri olan Fiona Hill də Rusiya prezidentinin səhhətində ciddi problemlərin olması qənaətindədir.

“Onun bel ağrılarından əziyyət çəkdiyini bilirik. Yüksək dozada steroid qəbul edir və ya başqa bir şey ola bilər. Görünür, buna ehtiyac var”, – deyə Hill “Politico” nəşrinə bildirib.

Bəzi ekspertlərin fikrincə, Putinin səhhəti ona 9 May paradına iştirak imkanı verməyəcək.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin Qələbə Günü Qızıl Meydanda nitq söyləyəcəyini bildirib. Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*