“Putin Stalinin yolu ilə gedir” – Alman mediasıbackend

"Putin Stalinin yolu ilə gedir" - Alman mediası

“Putin Ukraynaın ərzaq infrastrukturunu məhv etmək üçün Stalinin üsullarından istifadə edir”.

KONKRET.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Yulian Repke Odessa vilayətinin cənubundakı çay limanlarına bugünkü hücumu belə şərh edib.

O, bu barədə Twitter səhifəsində yazıb:

“Rusiya sistematik olaraq Ukraynanın qida infrastrukturuna hücum etməkdə davam edir. Dünən gecə ölkənin cənub-qərbindəki limana hücum edərək yenidən taxıl bazasının məhv edilməsini hədəfləyib. Putin özünün bədnam “Qırmızı Terror”u ilə Stalinin yolunu davam etdirir”, – Repke yazıb.

Xatırladaq ki, iyulun 24-nə keçən gecə Rusiya hərbçiləri Odessa vilayətinə növbəti zərbə endiriblər. Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığının məlumatına görə, Dunayın liman infrastrukturu “Şahed-136” kamikadze pilotsuz təyyarələrinin dörd saatlıq hücumunun hədəfinə çevrilib. Ukrayna hava hücumundan müdafiə qüvvələri üç pilotsuz təyyarəni vurmağa müvəffəq olub. Zərbələr nəticəsində taxıl olan anqar məhv edilib, digər yüklərin saxlanması üçün çənlər zədələnib. İstehsalat binalarından birində yanğın olub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*