Putin və Lukaşenko KTMT sammitini müzakirə etdilərbackend

Putin və Lukaşenko KTMT sammitini müzakirə etdilər

Rusiya və Belarus prezidentləri arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Minskdə keçiriləcək sessiyasına hazırlıq məsələləri müzakirə edilib”, – məlumatda deyilir.

Putinin Belarusa son səfəri ötən ilin dekabrında baş tutub.

Qeyd edək ki, 2023-cü ildə KTMT-yə sədrlik edəcək Belarusdan başqa, təşkilata Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxildir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*