“Rusiya Ukraynaya daha ucuz qazın verilməsində, qiymətin əhəmiyyətli dərəcədə azaldılmasında konstruktiv işə hazırıq”. KONKRET.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban ilə keçirdiyi görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında bildirib.
Qeyd edək ki, Rusiya, Avropa Birliyi və Ukrayna arasında qaz tranziti ilə bağlı məsləhətləşmələr Brüsseldə keçirilib və təxminən 80 dəqiqə davam edib.
Rusiyanın Energetika naziri Aleksandr Novakın sözlərinə görə, hər şey plan üzrə gedir.
