Putinin getməkdən imtina etdiyi şəhərdə partlayış baş verdi – VİDEObackend

Putinin getməkdən imtina etdiyi şəhərdə partlayış baş verdi - VİDEO

Cənubi Afrikanın Yohannesburq şəhərinin Mərkəzi Biznes rayonunda partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Nəşrin məlumatına görə, magistral yolun altından keçən magistral qaz kəməri partlayıb. Nəticədə yolun bir hissəsi dağılıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, ölən olmasa da, çoxlu sayda yoldan keçənlər və partlayış zonasında avtomobillərdə olan insanlar xəsarət alıb. Yohannesburq şəhər mərkəzinin əsas hissəsi mühasirəyə alınıb. Hadisə yerində xilasetmə xidmətləri və polis işləyir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*