Putinin qalib gəlməsinə imkan vermək ciddi tarixi səhv olardı – Stoltenberqbackend

Putinin qalib gəlməsinə imkan vermək ciddi tarixi səhv olardı - Stoltenberq

“İndi kritik məqamdır və Putinin qalib gəlməsinə imkan vermək ciddi tarixi səhv olardı”.

KONKRET.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq illik brifinqdə bildirib.

Onun sözlərinə görə, alyans üzvləri Ukraynanı kifayət qədər sursatla təmin etmir: “Ukraynalılar cəsarətlərini itirmirlər, lakin onların döyüş sursatları tükənmək üzrədir”.

“Bizim Ukraynaya lazım olanı vermək imkanımız var”, – Stoltenberq deyib.

O, alyans üzvlərini tez hərəkət etməyə çağırıb, çünki gecikmənin hər günü döyüş meydanında real nəticələrə malikdir. NATO-nun baş katibi həmçinin bəyan edib ki, Rusiya Federasiyasının Ukraynanın işğal olunmuş ərazilərində “seçkilər” keçirmək cəhdi qanunsuz sayılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*