Putinin xüsusi nümayəndəsi yadplanetlilərə müraciət etdi: “Onu vəzifədən uzaqlaşdırın”backend

Putinin xüsusi nümayəndəsi yadplanetlilərə müraciət etdi: "Onu vəzifədən uzaqlaşdırın"

Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) rəhbəri, Vladimir Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Almaniya kansleri Fridrix Merz barədə sosial şəbəkədə istehzalı paylaşım edib.

KONKRET.az xəbər verir ki, Kiril Dmitriyev X sosial şəbəkəsində yazdığı mesajda zarafatla yadplanetlilərə müraciət ünvanlayaraq, Merzi də vəzifəsindən getməyə razı salmağı xahiş edib.

“Əziz yadplanetlilər, təşəkkür edirəm ki, qüdrətiniz və xeyirxahlığınız sayəsində müraciətdən iki həftə sonra Britaniyanın baş naziri Kir Starmeri istefaya getməyə inandıra bildiniz. İndi isə bunu Merzlə də edə bilərsinizmi? Onun reytinqləri daha da aşağıdır. O, hərbi ritorikası, miqrasiya, enerji və iqtisadiyyat sahəsində yanlış qərarları ilə sivilizasiyanı məhv edir”, – deyə Dmitriyev paylaşımında bildirib.

Qeyd edək ki, Dmitriyevin paylaşımı satirik xarakter daşıyır və Almaniya hökumətinin siyasətinə yönəlmiş tənqid kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*