Putinlə Ərdoğan yenidən telefonla danışıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti xəbər verir. Xəbərdə deyilir ki, cümə axşamı, aprelin 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub,
Qeyd olunur ki, söhbət zamanı tərəflər Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər.
Rusiya Prezidenti bir gün əvvəl Türkiyədə baş tutan rus pilot Konstantin Yaroşenkonun ABŞ dəniz piyadası Trevor Rid ilə dəyişdirilməsinə görə də Ərdoğana təşəkkür edib.
Xuraman Etibarlı,
KONKRET.az
