Putinlə Makronun danışığının stenoqramı YAYILDI – Fransa məxfiliyi pozmaqda İTTİHAM OLUNDU – VİDEObackend

Putinlə Makronun danışığının stenoqramı YAYILDI - Fransa məxfiliyi pozmaqda İTTİHAM OLUNDU - VİDEO

Müharibənin başlamasına dörd gün qalmış Putin və Makron arasındakı söhbətin stenoqramı yayılıb.

KONKRET.az xəbər verir ki, İki liderin söhbətinin görüntüləri Fransa Prezidentini beş ay ərzində lentə alan fransız jurnalist Qi Laqaşın sənədli filmində yer alıb.

Paris Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığının məxfiliyini pozaraq, onu sənədli filmin bir hissəsinə çevirib.

Fransaya qarşı belə bir ittihamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” kanalında “Vladimir Solovyovla bazar günü axşamı” verilişinin efirində səsləndirib. Məsələnin fraqmenti diplomatın Telegram kanalında dərc olunub.

“Ən yüksək səviyyədə zənglər ediləndə, əlbəttə ki, məxfi olmalıdır, təbii ki, bunlar qapalı danışıqlardır. Belə ki, məlum olub ki, bir neçə ay əvvəl Makron Rusiya Prezidentinə birbaşa kabinetdə və birbaşa bu telefon danışığının baş verdiyi masanın başında zəng edəndə səs dinamikaya qoyulub, belə çıxır ki, bütün söhbətlər jurnalist kamerası tərəfindən qeydə alınıb, – deyə Zaxarova bildirib.

O deyib ki, dövlət başçılarının söhbəti qeydinin ictimaiyyətə açıqlanması Fransada “diplomatiya” sözünün necə başa düşüldüyünə bir nümunədir.

İyulun 1-də Fransanın “France 2” telekanalının Putinlə Makron arasında aparılan danışıqlardan bəhs edən film nümayiş etdirdiyi bildirilib. Əvvəlcə sənədli filmin müəllifləri filmin Fransanın Avropa İttifaqı Şurasına sədrliyindən bəhs edəcəyini planlaşdırsalar da, sonradan diqqət Ukrayna böhranının həlli cəhdlərinə yönəldilib. Filmin əsas məqamı Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına dörd gün qalmış Rusiya və Fransa liderləri arasında qeydə alınan söhbət olub.

Rusiyanın Ukrayna ərazisində xüsusi əməliyyatının başlaması fevralın 24-də elan edilib.

Tərcümə edilmiş stenoqramdan nümunələri təqdim edirik:

Vladimir Putin

– Siz və kansler Olaf Şolts mənə dedi ki, Vladimir Zelenski jest etməyə hazırdır, Minsk razılaşmalarını həyata keçirmək üçün qanun layihəsi hazırlayıb. Əslində, hörmətli həmkarımız cənab Zelenski heç nə etmir. Sənə yalan deyir.

Emmanuel Makron
– Minsk sazişində açıq şəkildə göstərilir ki, Ukraynanın təklifi üçtərəfli görüş çərçivəsində Donetsk və Luqansk vilayətlərinin müəyyən rayonlarının nümayəndələri ilə razılaşdırılmalıdır. Biz bunu etməyi təklif edirik. Odur ki, hüquqşünasınızın harada təhsil aldığını bilmirəm. Mən sadəcə bu mətnlərə baxıram və onları tətbiq etməyə çalışıram! Mən bilmirəm hansı hüquqşünas sizə deyə bilər ki, suveren dövlətdə separatçı qruplar qanunların mətnini təşkil edir, demokratik yolla seçilmiş hakimiyyət orqanları yox.

Vladimir Putin (əsəbi tonda)
– Bu, demokratik yolla seçilmiş hökumət deyil. Onlar dövlət çevrilişi nəticəsində hakimiyyətə gəliblər, orada insanlar diri-diri yandırılıb, qan çanağı olub, buna görə məsuliyyət daşıyanlardan biri də Zelenskidir.

Emmanuel Makron
– Biz xahiş edirik ki, separatçılar ukraynalıların təkliflərinə cavab versinlər və hər şey bu şəkildə edilməlidir, çünki qanun belədir! Sizin fikrinizcə, terrorçuların qeyri-qanuni gücü ilə mübarizə aparmalı olacaqsınızsa, indi dedikləriniz Minsk razılaşmalarına əməl etməyə nə dərəcədə hazır olduğunuza dair şübhələr yaradır.

Vladimir Putin
Düzünü desəm, xokkey oynamağa hazırlaşırdım. Məşq etməzdən əvvəl sizinlə idman zalından danışıram.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*