Qadın atraksiondan yıxılıb öldü – Xırdalan parkında dəhşətbackend

Qadın atraksiondan yıxılıb öldü - Xırdalan parkında dəhşət

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.

Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II  və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*