Qadın güləşçimiz Avropa çempionatının finalına YÜKSƏLDİbackend

Qadın güləşçimiz Avropa çempionatının finalına YÜKSƏLDİ

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

KONKRET.az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Yovita Vrjeşenə 5:0 hesabı ilə qalib gəlib.

53 kq-da yer alan Türkan Nəsirova isə finala gedən yolda isveçli Emma Malmqrenlə bacarmayıb. Rəqibinə “tuş”la məğlub olan idmançı bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elnurə Məmmədova (55 kq) isə bürünc medal görüşünə çıxacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*