Daxili İşlər Nazirliyində (DİN) paytaxt ərazisində qadının polis əməkdaşı – Zahir Abbasov tərəfindən şəxsi məlumatlarının əldə edilməsi ilə bağlı aparılan araşdırma yekunlaşıb.
KONKRET.az xəbər verir ki, araşdırma nəticəsində Z.Abbasov Daxili İşlər orqanlarından xaric edilib.
DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, S. Mahmudova şikayətində bildirmişdi ki, “Koroğlu” metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.

