“Qalatasaray”ın prezidenti Azərbaycana təşəkkür etdi – FOTObackend

"Qalatasaray"ın prezidenti Azərbaycana təşəkkür etdi - FOTO

Türkiyə “Qalatasaray”ının prezidenti Dursun Özbek “Qarabağ”la Bakıda keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkür edib.

KONKRET.az xəbər verir ki, “Report”un məlumatına görə, bununla bağlı funksionerin adından klubun rəsmi tviter hesabında təşəkkür məktubu paylaşılıb.

“Qardaş ölkə Azərbaycanın seçilən komandası “Qarabağ”la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan “Qarabağ”ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram”, – deyə məktubda bildirilib.

Xatırladaq ki. qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"ın prezidenti Azərbaycana təşəkkür edib - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*